Təcili yardım karvanı vuruldu: Ölən və yaralananlar varbackend

İsrail ordusu Qəzzanın cənubuna yola düşməyə hazırlaşan təcili yardım maşınlarına Şifa xəstəxanasının əsas girişində hava hücumu həyata keçirib.

Hücum zamanı çoxlu itki olub.

Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Şifa xəstəxanasındakı yaralıların Misirə təxliyəsi üçün İsraildən təminat ala bilməyəcəyini açıqlayıb.

Nazirlik konvoyun İsrail tərəfindən qəsdən hədəf alındığını bildirib və bu açıqlamanı verib:

“Təcili yardım maşınlarının birdən çox nöqtəni hədəfə aldığı hücum nəticəsində çoxlu şəhid oldu. Təcili yardım maşınları yaralıları Rəfah qapısına aparırdı. Beynəlxalq Qırmızı Xaç yaralıların təxliyə edildiyini bizə bildirdi, lakin İsrail işğalçı qüvvələri qəsdən onları hədəfə aldı. İsrail işğalı yaralıların xaricdə müalicə olunmasına icazə verməkdə inadkardır və qəsdən onları hədəfə alır”.

Qəzza Şifa Xəstəxanasının həkimi Fadya Malhis İsrailin hücumundan sonra baş verənləri TRT News-a danışıb. Malhis deyib:

“Yaralılarımız şəhid oldu. Nə edəcəyimizi bilmirik. Hara gedəcəyimizi bilmirik. Çox ağır vəziyyətdəyik”.

Mənbə: TGRT

Aynur Camal