Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin işğal altındakı İordan çayının qərb sahilində Tulkarim şəhərində təcili yardım maşınına atəş açması nəticəsində 2 əməkdaşının yaralandığını açıqlayıb. Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin səhiyyə işçilərini hədəf alan hücumu ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada, Tülkərim Qaçqınlar Düşərgəsində havadan təcili yardımın hədəf alındığı və hücumda 2 Qızıl Aypara əməkdaşının yaralandığı bildirilib.
İsrail ordusunun bu səhər Tulkərim Qaçqınlar Düşərgəsindəki bir nöqtəni pilotsuz uçuş aparatları ilə bombalaması nəticəsində 4 fələstinli həyatını itirib. Daha sonra iki hərbi buldozer və böyük bir qüvvə ilə qərbdən, şimaldan və cənubdan qaçqın düşərgəsinə basqın edən İsrail ordusu yolları, səkiləri qazıb, infrastrukturu dağıdıb, fələstinlilərin iş yerləri və maşınlarına böyük ziyan vurub.
İsrail əsgərləri basqınlar zamanı şəhərin müxtəlif yerlərində evlərin qapılarını sındıraraq 3 nəfəri saxlayıb.
Mənbə: TrtHaber
Aynur Camal