Kolumbiyada təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Cənubi Amerika ölkəsi Kolumbiyada təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib. Səlahiyyətlilər bildiriblər ki, təcili yardım təyyarəsi Antiokiya inzibati bölgəsindəki Yarumal qəsəbəsində dağlıq ərazidə qəzaya uğradıqdan sonra alovlanıb.
Bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.
Qəzada 2 pilot, bir tibb bacısı və bir həkim dünyasını dəyişib.
Kordoba inzibati bölgəsindən havaya qalxan təyyarənin Medellinə getmək istədiyi paylaşılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: Haber Global
Aynur Camal