Türkiyənin paytaxtı Ankara şəhərində “TÜRKSOY ” Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Türkməneli Kültür Mərkəzi tərəfindən Kərkükün milli şairi olan Mehmet İzzet Hattatın həyat hekayəsini anladan və şeirlərindən ibarət olan kitabın təqdimatı keçirilib.
Olaylar.az bildirir ki, Dr.Şəmsəddin Küzəçi tərəfindən hazırlanan kitabın təqdimatında Azərbaycanın gənc fəallarından olan Səidə Ömər də iştirak edib. Səidə Ömər çıxışında ilk öncə hər kəsi Azərbaycan adından salamlayıb, daha sonra şairin “Könül sultanı” adlı şeirini səsləndirib. Gənc fəal Azərbaycanın Qızıl Fondunda yer alan Nərminə Məmmədova və Sinan Səidin ifasında səslənən “Evlərinin önü yonca” adlı türküsünə Türkmən bayrağının rəngləri ilə süslənmiş milli geyimdə rəqs edərək gələn qonaqları heyran edib. Tədbirin sonunda tədbir iştirakçıları ilə yanaşı Səidə Ömərə də “TÜRKSOY” Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Türkməneli Kültür Mərkəzi tərəfindən fəxri diplomlar təqdim edilib.