“Təəssüf edirəm ki, dünya sizi qoruya bilmədi”backend

Şotlandiyanın Regional Baş naziri Həmzə Yusuf, “Cibaliya Qaçqın Düşərgəsindəki günahsız kişilər, qadınlar və uşaqlar, dünya sizi qoruya bilmədiyi üçün üzr istəyirəm” deyib.

“Yeni Gundem” xəbər verir ki, Şotlandiyanın baş naziri Yusif X sosial media platformasındakı paylaşımında sionist işğalçı rejimin Cibaliya Qaçqınlar Düşərgəsinə hücumuna reaksiya verib.

Baş nazirin paylaşımında bu ifadələr yer alıb:

“Cibaliya Qaçqın Düşərgəsindəki günahsız kişilər, qadınlar və uşaqlar, dünya sizi qoruya bilmədiyi üçün üzr istəyirəm. İnsan həyatına qarşı bu açıq-aşkar etinasızlıq birmənalı şəkildə pislənməlidir. Bir daha uşaqların ölməsinə imkan verməyin. Qəzzada təcili atəşkəsə ehtiyacımız var” deyib.

Mənbə: İLKHA

Aynur Camal