Tehran İsrailə hücumunda kömək etdimi?backend

“Həmas və İran çoxdankı müttəfiqdir. HƏMAS-ın İsrailə hücumu əvvəllər ağlasığmaz hesab edilən miqyaslı və mürəkkəb bir fikir idi.

Lakin indi HƏMAS hücumçuları qurudan, dənizdən və havadan gəlib, İsrailin müdafiəsini alt-üst edib və ölkədə həm əsgər, həm də vətəndaş olmaqla 900-dən çox insanı öldürüb”.

“Yeni Gundem” xəbər verir ki,  bu barədə CNN saytının məlumatında deyilib.

Onların fikrincə, belə bir hücumu HƏMAS-ın təkbaşına edə biləcəyi sual doğurur. Əgər köməklə edilibsə, ilk olaraq regionda uzun müddətdir himayədarı olan İran yada düşür.

Tehran isə bu əməliyyatda iştirakını rədd edib. İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyi bəyanat yayaraq “bizim maraqlarımız Fələstin xalqının qanuni maraqları ilə sarsılmaz şəkildə üst-üstə düşür” deyə vurğulayıb.

Milli təhlükəsizlik müşavirinin müavini Con Finer bbir daha ABŞ-ın İranın HƏMAS-ın İsraildəki hücumlarında “geniş ortaq” olduğuna inandığını lakin dəqiq məlumatına olmadığını vurğulayıb. “Tamamilə aydın olan odur ki, İran HƏMAS-ı onilliklər əvvələ qədər dəstəklədiyi üçün bu hücumlarda da geniş şəkildə şərikdir”- deyə Finer ABC-nin “Good Morning America” verilişində silah, təlim və digər maliyyə dəstəyinə işarə edərək bildirib.

Lakin o əlavə edib ki, bizdə olmayan şey, son bir neçə gündə baş verən hücumların sifarişi və ya planlaşdırılmasında İranın iştirakını göstərən birbaşa məlumatdır.

Digər tərəfdən, HƏMAS vətəndaş müharibəsi zamanı Suriyanın diktator prezidenti Bəşər Əsədi dəstəklədiyinə görə bir neçə ildir İrana qarşı çıxmışdı. Lakin sonra Tehranın orbitinə qayıtdı və İran onun hərbiləşdirilmiş müttəfiqləri ilə silahlı məqsədləri barədə açıq şəkildə əlaqə saxladı.

Həmçinin İsrail da deyib ki, İran HƏMAS-a ildə 100 milyon dollara yaxın dəstək verir.

Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) baş elmi işçisi Kobi Maykl bu məsələ ilə bağlı deyir ki, İran “İsrail Müdafiə Qüvvələrini, cəmiyyətini tükəndirmək üçün müharibə reallığı yaratmağı hədəfləyib. İran strategiyası ilə HƏMAS strategiyası arasında ortaq məxrəc budur. Buna görə də İran HƏMAS üçün, HƏMAS isə İran üçün varlıqdır”, – deyə Maykl bildirib.

Mənbə: CNN

Aynur Camal