Tehran-Təl-Əviv xəttində təhlükəli gərginlikbackend

İsrailin Qəzzada quru əməliyyatına nə vaxt başlayacağı maraqla gözlənilsə də, İran və İsrailin qarşılıqlı açıqlamaları və Livan sərhədində Hizbullahla toqquşmalar bölgədə müharibənin genişlənəcəyinə dair narahatlıqları artırıb.

Xatırladaq ki, İran Qəzzaya hücumların dayanmadığı təqdirdə vəziyyətin “nəzarətdən çıxacağı” xəbərdarlığı etmişdi.

Qeyd edilib ki, dünən səhər saatlarında Hizbullahın Livan sərhədindən üzərinə götürdüyü hücumda İsrail qəsəbəsinə açılan atəşdə bir İsrailli həyatını itirib, 3 nəfər yaralanıb. 155 nəfərin isə hələ də girov olunduğu açıqlanıb.

İsrail ordusu Hizbullah mövqelərindən 9 raket atıldığını və buna cavab olaraq Livandakı hədəflərin vurulduğunu açıqlasa da, vətəndaşlarına Livan sərhədinə 4 kilometrdən çox yaxınlaşmamaları barədə xəbərdarlıq edilib. Digər tərəfdən, İsrail ordusu bir həftə ərzində ikinci dəfə Suriyanın Hələb hava limanını vurub.

İsrail mətbuatı həmçinin hava limanlarının İrandan bölgəyə silah daşınmasını dayandırmaq üçün hədəf alındığını da yazıb.

Münaqişələrin başladığı andan İsrailə tam dəstəyini bəyan edən ABŞ artıq ikinci təyyarədaşıyan donanmasını bölgəyə yönəldib.

Bundan sonra İranın BMT-dəki Daimi Nümayəndəliyi də iddialara paralel açıqlama verib. Nümayəndənin sosial media hesabından etdiyi şərhdə, “İsrail aparteidinin müharibə cinayətləri və soyqırımı dərhal dayandırılmazsa, vəziyyət nəzarətdən çıxa və çox geniş nəticələrə səbəb ola bilər. Bunun məsuliyyəti BMT, Təhlükəsizlik Şurası və Şuranı çıxılmaz vəziyyətə salan dövlətlərin üzərinə düşür” deyib.

Mənbə: hurriyyət.tr

Aynur Camal