Tehran və İrəvan yeni gömrük razılaşması əldə etdibackend

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, İran və Ermənistanın gömrük rəsmilərinin iki ölkənin sərhədində birgə görüşündə Ermənistanın Mehri gömrük məntəqəsində yük maşınlarının qəbulunun artırılmasına dair razılşma əldə olunub.

Məlumata görə, görüş İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun həmsədrlərinin görüşü Ermənistanla sərhəddəki Norduz gömrükxanasında baş tutub.

Şərqi Azərbaycan əyalətinin Gömrük Nəzarəti İdarəsinin rəisi Sadiq Namdar iki ölkə arasında sərhəd-gömrük əlaqələrinin və əməkdaşlığın genişlənməsinə və ticarət mübadiləsinin artmasına diqqət çəkərək deyib ki, bu ilin son 7 ayında 121 milyon dollar dəyərində 600 mindən çox mal ixracı həyata keçirilib.

Mənbə: Azad İran

Aynur Camal