Tehrana qarşı əlavə sanksiyalar tələb edildibackend

“The Washington Post” qəzeti yazır ki, Tehran HƏMAS-ı dəstəklədiyinə görə ABŞ Konqresinin həm Demokrat, həm də Respublikaçılar partiyasından olan 110 üzvü prezident Co Baydendən Tehrana qarşı əlavə sanksiyalar tətbiq edilməsini tələb edib.

“Yeni Gundem” xəbər verir ki, məlumata görə, dünən Ağ Evə ünvanlanmış tələb məktubunda bir sıra tədbirlər vasitəsilə İranın Çin və bəzi ölkələrə neft sata bilməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb.

“Tehran İsrailə qarşı HƏMAS-a və digər silahlı qruplaşmalara davamlı maliyyə dəstəyi verdiyinə görə cavabdehlik daşımalıdır” – deyə Konqres üzvlərinin məktubunda qeyd edilib.

Mənbə: Azad İran

Aynur Camal