Tehranda 3+3 formatında görüş keçiriləcəkbackend

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin iştirakı ilə bu gün Tehranda 3+3 formatında görüş başlayacaq.Görüşdə Cənubi Qafqaz regionunun problemləri, Azərbaycan və Ermənistan arasında sülh danışıqları, siyasi, iqtisadi, təhlükəsizlik, tranzit və enerji sahələrində regional əməkdaşlığın genişləndirilməsinin zəruriliyi müzakirə olunacaq. Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 formatı çərçivəsində görüşün keçirilməsinə razılıq verdiyini bəyan edib.

“Yeni Gundem” xəbər verir ki,  3+3 formatı region ölkələrinin iştirakı ilə regional problemlərin həlli üçün yaradılıb.

3+3 formatında ilk görüş ötən il Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində və Gürcüstanın iştirakı olmadan keçirilib. 3+3 görüşünə ev sahibliyi etməsinin İbrahim Rəisi rəhbərliyinin qonşularla dostluq əlaqələrini genişləndirmək və regional problemləri kənar müdaxilə olmadan həll etmək üçün mühüm addım olacağı gözlənilir.

Mənbə: hurriyyət.tr

Aynur Camal