Tək mühərrikli təyyarə mobil ev parkına çırpıldıbackend

ABŞ-ın Florida ştatında tək mühərrikli təyyarənin mobil ev parkına çırpıldığı bildirilib.

Federal Aviasiya İdarəsindən verilən açıqlamada, dünən yerli vaxtla saat 19:00 radələrində Beechcraft Bonanza V35 tipli tək mühərrikli təyyarənin Clearwaterdəki mobil ev parkına çırpıldığı bildirilib.

Açıqlamada, pilotun daha əvvəl nasazlıq bildirdiyi təyyarənin qəzaya uğrayarkən bir evə çırpıldığı, baş verən yanğında ən azı 3 evin zərər gördüyü qeyd edilib.

Açıqlamada qəzada yaralanan və ölənlərin olduğu, ölənlərin dəqiq sayının hələlik məlum olmadığı bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal