Telefon bomba kimi partladı!backend

Türkiyədə bir qrup gənc kafedə söhbət edərkən stolun üstündəki mobil telefon partlayıb. Çaxnaşma anları kafenin təhlükəsizlik kamerasına əks olunub.

İş yeri sahibi Özgen Akbıyık hadisə anını belə izah edib: “Gəlib oturdular, 10 dəqiqə keçdi, ofisiantımız sifariş qəbul edirdi. Bu zaman güllə və qumbaraatan kimi bir səs gəldi və çox yüksək səs gəldi. Dərhal bura gəldim, qapını açdım, tüstü çıxsın, gördüm telefon yanır, söndürməli olduq, dərhal telefonu götürüb bayıra atdım”.

Hadisə Artvinin Hopa səmtindəki bir yeməkxanada baş verib. 6 gənc universitet tələbəsi kafedə söhbət edirdi. Onların sifarişi alınarkən stolun üstündəki mobil telefon bomba kimi partlayıb. Tələbələr təşviş içində masadan qalxıblar. İş yerinin sahibi Özgen Akbıyık masaya gələrək alovlu cib telefonunu pəncərədən keçirərək, mümkün yanğının qarşısını alıb.

Telefonu partlayan gəncə dostları təsəlli verib. Qrup daha sonra kafeni tərk edib.

Mənbə: TGRT Xəbərləri

Aynur Camal