Telefon enerji yığmır? Bunun bir həlli varbackend

Əgər ‘iPhone və ya Android telefonunun doldurulmaması’ problemi ilə mübarizə aparırsınızsa və həllini tapa bilmirsinizsə, narahat olmanıza ehtiyac yoxdur. Düşünmədiyiniz bu üsulla telefonunuzu bərpa edə bilərsiniz.

Əgər iPhone və ya Android telefonunuzu şarj cihazına qoşduğunuz zaman cavab vermirsə, yəni ‘telefon doldurulmur’ problemi ilə üzləşirsinizsə, səbəbdən asılı olaraq ya evdə problemi həll edə bilərsiniz, və ya texniki xidmətə getməli ola bilərsiniz.

Bununla belə, zədələnmiş elektrik kabellərindən tutmuş sınıq şarj adapterlərinə qədər smartfonunuzun batareyasının doldurulmamasının bir çox səbəbi ola bilər. Ən çox rast gəlinən problemlərdən biri, şarj yuvasında yığılmış toz və kir səbəbindən elektrik kabelinin cihazınızla təmasda ola bilməməsidir.

Telefonların şarj portlarının qoruyucu örtüyü olmadığı üçün hər cür xarici faktorla təmasda olur və bu səbəbdən zamanla tıxanması çox normaldır.

Xüsusilə cibimizə qoyduğumuz telefonlar, cibimizdə yığılan toz, kir və digər zibillərə qaçılmaz olaraq məruz qaldıqları üçün həssasdır. Bu, şarj kabelinin porta tam daxil olmamasına səbəb ola bilər, nəticədə telefon düzgün doldurulmur. Telefonunuzun doldurma portu tıxandığı zaman simptomlara aşağıdakılar daxil ola bilər:

Doldurma kabelinin etibarlı şəkildə bağlanmaması

Doldurmağa başlamazdan əvvəl kabeli silkələməyiniz lazım olan vəziyyətlər

Şarj cihazı bağlantısı getdikcə daha az dayanıqlı olur

Əgər telefonunuzdan altı aydan çox istifadə edirsinizsə və yuxarıda göstərilən simptomları müşahidə edirsinizsə, ehtimal ki, problemin səbəbi şarj portunuzda yığılmış kirdir.

Mənbə:TGRT

Aynur Camal