Telefonun doldurulması dövrü başa çatır?backend

Təməlqoyma texnologiyası inkişaf etdirilib.

Betavolt adlı Çin startapı 50 il ərzində heç bir şarj və ya texniki qulluq tələb etməyən nüvə batareyası hazırlayıb.

Şirkət bu akkumulyatoru smartfon və dron kimi cihazlarda kommersiya məqsədləri üçün kütləvi istehsal etməyi hədəfləyir.

Nüvə enerjisi 20-ci əsrin əvvəllərindən bəri mövcuddur, lakin əslində 1900-cü illərin ortalarında ortaya çıxıb. İlk idarə olunan zəncirvari nüvə reaksiyası 2 dekabr 1942-ci ildə məşhur Manhetten Layihəsi çərçivəsində italyan fizik Enriko Ferminin rəhbərliyi altında həyata keçirilmişdir. Və bu, nüvə texnologiyasında oyunu dəyişdirən inkişaf hesab olunur.

Hazırda elm adamları bu texnologiyanı həyatımızın əvəzolunmaz hissəsinə çevirmək, başqa sözlə, smartfonlarımızı enerji ilə təmin etmək üçün istifadə etmək yollarını araşdırırlar.

Bu yeniliyin arxasında duran şirkət yeni nəsil akkumulyatorunun hazırda pilot sınaqlarda olduğunu açıqlayıb. O, bildirib ki, onların planı smartfonlar və dronlar kimi cihazlarda kommersiya məqsədləri üçün kütləvi istehsala başlamaqdır. Bununla belə, bu batareyaların nə vaxt satışa çıxarılacağı ilə bağlı hələ dəqiq bir tarix yoxdur.

Betavolt, 15x15x5 kub millimetr ölçüləri olan ilk nüvə batareyası modelinin 3V gərginlikdə 100 mikrovat güc təmin etdiyini açıqlayıb. Gələcəkdə şirkət 2025-ci ilə qədər 1 vatt gücə malik batareya istehsal etmək texnologiyasını inkişaf etdirməyi hədəfləyir.

Android Central saytına görə, Çin startapı 50 il ərzində şarj və ya texniki xidmət tələb olunmayacağını iddia etdiyi akkumulyator hazırlayıb. Qərargahı Pekində yerləşən Betavolt, atom enerjisinin miniatürləşdirilməsi sahəsində əldə etdiyi irəliləyişlə sıçrayış etdi. O, 63 nüvə izotopunu sikkə qədər kiçik modula sıxmağı bacarıb.Əgər texnologiya reallığa çevrilərsə, onun şarja ehtiyacı olmayan cib telefonları və ya qeyri-müəyyən müddətə uçan dronlar kimi şeylərə yol açacağına inanılır. Digər tərəfdən, bu batareyaların uzun ömrünün və fasiləsiz gücünün adətən bir neçə ildən bir dəyişdirdiyimiz və asanlıqla şarj edə biləcəyimiz smartfonlar üçün çox ola biləcəyi də ifadə edilir.

Mənbə: TGRT

Aynur Camal