Mart ayından etibarən Telegram kanalının sahibləri “əməklərinə görə maddi mükafatlar” alacaqlar.
Telegram kanal sahiblərinə kanallarında reklam nümayiş etdirdikləri üçün pul ödəməyə başlayacaq. Bu barədə messencerin yaradıcısı Pavel Durov öz hesabında məlumat verib.
O bildirib ki, Telegram yazılarına hər ay 1 trilyon dəfə baxılır. Onların yalnız 10%-i reklam platforması vasitəsilə pul qazanır. Yeni qaydalarla messencer vəziyyəti dəyişmək istəyir.
Telegram reklam platforması mart ayında 100-ə yaxın yeni ölkədə açılacaq. Xidmətin təqdim olunduğu ölkələrdəki kanal sahibləri reklamlara görə ödəniş ala biləcəklər. Onlar öz kanallarında göstərilən reklamdan gələn gəlirin yarısını alacaqlar. Kanalların altındakı bu cür reklamları premium abunəsi olmayan istifadəçilər görür.
Vəsaitlər yalnız TON blockchain vasitəsilə köçürüləcək. Onlar reklam satacaq və gəlirləri yalnız Toncoin kriptovalyutasında paylaşacaqlar. “Bu, məzmun yaradıcılarının öz Toncoinlərini nağdlaşdıra və ya kanallarını tanıtmaq və təkmilləşdirmək üçün yenidən sərmayə edə biləcəkləri bir pis dairə yaradacaq” Durov deyib.
Telegram Ads sisteminin Rusiyada işləyəcəyi hələ dəqiq deyil.
Bundan əvvəl Telegram premium abunə əldə etməyin asan yolunu təqdim etmişdi. Xatırladaq ki, Messencer fevralın ortalarında promosyon elan edib.
Mənbə: mail.ru
Aynur Camal