Televiziya müxbiri ailəsinin 11 üzvü ilə birlikdə şəhid oldubackend

Sionist işğalçı rejimin Qəzzəyə hücumları zamanı jurnalist Məhəmməd Əbu Hətabın və ailəsindən 11 nəfərin şəhid olduğu bildirilib.

Fələstinin rəsmi televiziya kanalı Fələstin TV telekanalın müxbiri Məhəmməd Əbu Hətabın sionist işğalçı rejimin Xan Yunusa hücumu nəticəsində şəhid olduğunu açıqlayıb.

Əbu Hətabın həyat yoldaşı, oğlu və qardaşı da daxil olmaqla 11 ailə üzvü ilə birlikdə şəhid olduğu bildirilib.

Bildirilib ki, Əbu Hətab son təqdimatını şəhadətindən bir saat əvvəl Xan Yunisdəki Nasser Tibb Xəstəxanası qarşısında edib.

Mənbə: İLKHA

Aynur Camal