Təlim keçən 500 Somali əsgəri xidmətə başladıbackend

Türkiyə tərəfindən Somalidəki TÜRKSOM Hərbi Təlim Bazasında təhsil alan 500 Somalili əsgər mərasimlə xidmətə başlayıb. Somali prezidenti Həsən Şeyx Mahmud mərasimdəki çıxışında Türkiyənin Somali ordusuna verdiyi dəstəyi yüksək qiymətləndirib.

Mahmud, “TÜRKSOM Hərbi Hazırlıq Məktəbi ölkənin silahlı qüvvələrinin gələcəyinin qurulmasında və təkmilləşdirilməsində mühüm rol oynayır” deyib.

Somali ordusunun ən böyük düşməninin “Əş-Şəbab” terror təşkilatı olduğunu vurğulayan Mahmud, “Satın alınmayan və əvəzi ilə əvəz olunmayan hədiyyə sizin öz həyatınızdır. Bu hədiyyə ölkəniz, dininiz və xalqınız üçün təqdim olunacaq. Somali Qartalı Dərnəyi Türkiyədən olan zabit və ekspertlər tərəfindən xüsusi təlim keçib.” “Onlar paytaxt Moqadişu və Türkiyədəki TÜRKSOM Hərbi Təlim Bazasında təlimlərini başa vurublar. Dəstəklərinə görə Türkiyəyə təşəkkür edirik” deyib.

Təlim alan 500 əsgərin andiçmə mərasimində Somali hökumət rəsmiləri, ordu nümayəndələri və Türkiyə rəsmiləri iştirak edib.

2017-ci ildən Somalidə fəaliyyət göstərən TÜRKSOM, Somali ordusunun üzvlərini yetişdirmək və Somali ordusuna dəstək vermək üçün yaradılıb.

Mənbə: TrtHaber

Aynur Camal