Təlxək maskalı oğru axtarılırbackend

Avstraliya polisinə dekabrın 29-da təlxək maskası taxaraq supermarketə girib oğurluq edən şəxsi tapmaq üçün xəbərdarlıq edilib.

Hadisə dekabrın 29-da Kvinslend ştatının Brisben şəhərində baş verib. Avstraliya polisinin dünən axşam verdiyi açıqlamada təlxək maskası taxan şübhəlinin bazara girərək pul oğurladığı bildirilib.

Polis həmin görüntüləri paylaşaraq açıqlama verib: “Dekabrın 29-da saat 19.30 radələrində təlxək maskası taxmış şəxs Cavendish Road-da iş yerinə girərək nağd pul tələb edib, sonra isə işçini silaha bənzər əşya ilə hədələyib. Şübhəli bir az pulla hadisə yerini piyada tərk edib. Hadisə zamanı işçiyə zərər dəyməyib. Şübhəlinin arıq bədən quruluşlu və uzun qara saçlı olduğu, təlxək maskası taxdığı, sviter və mavi ayaqqabı geyindiyi, həmçinin qara kürək çantası olduğu bildirilib”.

İstintaqda kömək edə biləcək məlumatı olan hər kəs polisə müraciət etməyə çağırılıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal