UNICEF bildirib ki, Qəzzanın cənubundakı köçkün uşaqların yaşaması üçün lazım olandan daha az su var.
UNICEF-in icraçı direktoru Catherine Russell, “Təhlükəsiz su olmadan, yaxın günlərdə daha çox uşaq yoxsulluq və xəstəlikdən öləcək” deyib.
“Uşaqlar və onların ailələri çox duzlu və ya çirklənmiş təhlükəli mənbələrdən gələn sudan istifadə etməyə məcbur olurlar”, – Rassel əlavə edib.
BMT-nin Uşaq Agentliyi əlavə edib ki, dekabrın əvvəlindən yüz minlərlə insanın – yarısının uşaq olduğu təxmin edilən Rəfahda su və kanalizasiya sistemləri “son dərəcə kritik vəziyyətdə”dir.
UNICEF açıqlayıb ki, su qıtlığı hal-hazırda 5 yaşdan kiçik uşaqlarda orta aylıq ishal hallarının 20 dəfə artmasına səbəb olur.
Mənbə: TrtHaber
Aynur Camal