Temperatur ilk dəfə kritik istiləşmə həddini keçdibackend

Yer kürəsində havanın orta temperaturu ilk dəfə əvvəlki səviyyələrlə müqayisədə kritik həddi +2°C-dən yuxarı qalxıb. Mütləq rəqəmlərlə bu rəqəm +2,06°C-dir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) Kopernik İqlim Dəyişikliyi Xidmətinin (Kopernik) direktor müavini Samanta Burqess məlumat verib.

Alimlərin məlumatına görə, noyabrın 17-də havanın temperaturu 1991-2020-ci illərin orta göstəricisini 1,17°C keçib.

Nəticədə bu gün tarixdə ən isti noyabrın 17-si olub.

Bundan bir qədər əvvəl Britaniya Lids Universitetinin klimatoloqları da rekord dərəcədə istiləşməni qeyd etdilər – 2013-cü ildən 2022-ci ilə qədər olan dövr üçün 0,2 °C-dən çox olub.

Tədqiqatçıların proqnozlarına görə, 2100-cü ilə qədər Yer səthinin temperaturu sənayedən əvvəlki dövrlə müqayisədə 2,7 °C arta bilər ki, bu da 2 milyarddan çox insanı və ya proqnozlaşdırılan dünya əhalisinin 22%-ni iqlim rahatlığı zonasından kənara çıxaracaq.

Hələlik alimlər panikaya düşməməyi məsləhət görürlər: temperatur kritik həddən yalnız qısa müddətə yuxarı qalxıb, CNN yazır.

Dünya hələ elə bir vəziyyətdə deyil ki, iqlim dəyişikliyinə təsir etmək son dərəcə çətin və hətta qeyri-mümkündür. Bundan əlavə, Kopernik məlumatları ilkindir, ekspertlərə bunu təsdiqləmək üçün bir neçə həftə lazım olacaq.

Lakin Burgessin fikrincə, bu “partlayış”, planetin getdikcə istiləşməsinin bir əlaməti kimi qəbul edilməlidir.

Bundan əvvəl fransalı alimlər bəyan etmişdilər ki, Antarktida ərazisi bütün dünya ilə müqayisədə demək olar ki, iki dəfə daha sürətlə istiləşir. Orada istiləşmə sürətinin əvvəlcədən proqnozlaşdırılandan daha yüksək olduğu ortaya çıxıb.

Mənbə: mail.ru

Aynur Camal