Termik santral havaya uçtu: Çox sayda yaralı varbackend

Rusiyada istilik elektrik stansiyası partladı: Çoxlu yaralı var

Rusiyanın Tuva Respublikasında istilik elektrik stansiyasında baş verən partlayış nəticəsində çoxlu sayda insan xəsarət alıb.

Şaqonar şəhərində yerləşən istilik elektrik stansiyasının qazanxanasında yanğın səbəbindən tüstünün səmaya qalxdığı görülüb. Partlayışdan sonra hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə qrupları göndərilib. İşçilər qruplar tərəfindən təhlükəsiz şəkildə təxliyə edilərkən, qazanxanada sıxışan 4 işçi çətinliklə çıxarılıb.

Təxliyə edilən işçilərdən 15-i bədənlərində yanıq xəsarətləri və dəm qazından zəhərlənərək rayon xəstəxanalarına aparılıb. Partlayış nəticəsində yüngül xəsarət alan 8 işçinin müalicəsi ambulator şəraitdə aparılıb. Rusiya Səhiyyə Nazirliyindən verilən açıqlamada müalicə altında olan 6 işçinin vəziyyətinin ağır olduğu bildirilib.

Rusiya İstintaq Komitəsi və vilayət prokurorluğu partlayışla bağlı araşdırmalara başlanıldığını açıqlayıb. İlkin məlumata görə, partlayış elektrik stansiyasının qazanxanasında kömür çənində metan qazının sıxılması nəticəsində baş verib və hadisə ilə bağlı səhlənkarlığın araşdırıldığı bildirilib.

Partlayışdan sonra təxminən 4 min insanın yaşadığı Şaqonar qəsəbəsində 62 mənzil və 216 evdə mərkəzi istilik sistemi sıradan çıxıb.

Mənbə: TGRT

Aynur Camal