İsrail mediası İsrail ordusunun Qəzzada “səhvən” öldürdüyü 3 əsirdən biri olan Alon Şamrizin “şəhid” kimi qeydə alınması tələbinin rədd edildiyini yazıb.
İsrailin “Jerusalem Post” qəzetinin məlumatına görə, İsrail ordusunun dekabrın 15-də hücumlarını davam etdirdiyi blokada altındakı Qəzza zolağında qətlə yetirdiyi 3 məhbusdan biri olan 26 yaşlı Şəmrizin ailəsi məsələ ilə bağlı müraciət edib.
Oğllarının ölüm şəraitini “faciəli” adlandıran ailə, Şəmrizin də digər əsirlərlə birlikdə “azadlıq yolunda mübarizə apardığını”, paltarsız və ağ bayraq daşıdıqları halda İsrail ordusunun onlara atəş açdığını bildirib.
Ailə bu şəraitdə bu üç məhbusun “döyüş zamanı həlak olan İsrail ordusunun şəhidləri” kimi tanınmasının məqsədəuyğun olacağını bildirib.
Xəbərə görə, bu tələb ordu tərəfindən rədd edilib.
İsrail tərəfindən “səhvən” öldürülən məhbusun dəfn mərasimində hökumət və ordunun rəsmi nümayəndələri iştirak etməyib.
“Times of Israel” qəzetinin məlumatına görə, İsrail ordusunun “təsadüfən” öldürdüyü məhbuslardan biri olan 22 yaşlı Samar Talalkanın 1500 nəfərin qatıldığı dəfn mərasiminə İsrail hökumətindən və ordusundan heç bir rəsmi nümayəndə qatılmayıb.
Haaretz qəzetinə verdiyi açıqlamada israilli yeniyetmənin atası Lütfi Talalka “oğlunun ölümündə həm İsraili, həm də HƏMAS-ı” günahlandırıb.
İsrail ordusunun “girovları” dərhal azad etməli və baş verənlərdən dərs almalı olduğunu qeyd edən Talalka, “Samarın bizimlə olması lazım idi” deyib.
Mənbə: TrtHaber
Aynur Camal