İngiltərədə tətildən qayıdan bir ailənin baqajında qeyri-qanuni mühacir tapılıb!
Britaniyalı ailə Fransadakı tətildən sonra həyatlarının şokunu yaşayıb. Qeyri-qanuni mühacir İngiltərəyə ailənin baqajında gizlənərək daxil olub.
Fransada tətil edən bir ailə otelin qarajı üçün çox böyük olduğu üçün avtomobilini küçədə qoyub. Cütlük ertəsi gün İngiltərəyə qayıtmaq üçün yola düşdü. Cütlük ölkələrinə daxil olub və evlərinə çatanda əşyalarını yerləşdirmək üçün baqajlarını açıblar.
Baqajdan çıxan əli görən cütlük qışqıraraq polisə müraciət ediblər.
Hadisə yerinə gələn komanda baqajı açanda gözləmədikləri şəxslə qarşılaşıblar. Onlar 1.80 boyunda, 17 yaşlı misirli qeyri-qanuni immiqrantı oradan çıxararaq saxlayıblar.
Mənbə: TGRT
Aynur Camal