“Təxribatın arxasında İran və Rusiya dayanır”-DEPUTATbackend

Ermənistanın dünənki təxribatı gözlənilən idi. Ondan bir gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran İslam Respublikasına səfər etmişdi. O Tehranda İranlı həmkarı ilə özlərinin uydurduğu yeni layihələri müzakirə etmişdilər. Təxribatın arxasında İran və Rusiya dayanır. Onlar sülh sazişinin imzalanmasını istəmirlər.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün olması şimal və cənub qonşumuza sərf etmir:

“ABŞ prezidenti Co Bayden Azərbaycan prezidentini və Ermənistan baş nazirini görüşə dəvət edib. Ancaq görünən odur ki, sülh Moskva və Tehranın maraqlarına ziddir. Rusiya istəyir ki, Cənubi Qafqazda gərginlik istəyi vaxtadək davam etsin. Çünki Rusiya Azərbaycan və Ermənistan arasında gərginlikdən istifadə edərək regiona təsirlərini edə bilir”,- o dedi.

V.Əhmədov söylədi ki,  Azərbaycan onsuzda Xankəndi və ətraf əraziləri işğaldan hərbi gücü vasitəsi ilə azad edəcək:

“Ordumuz dünən ki təxribatların qarşısını qətiyyətlə aldı. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan Ordusu son vaxtlar irəliləyirdi. Onsuzda Xankəndi və ətraf əraziləri Azərbaycan Ordusu nəzarətə götürməli olacaq. Ancaq Azərbaycan sülh istəyir”,- deyə o qeyd edib.

Fərahim Rəhimov