Təyyarə düşdü: ölənlər varbackend

Braziliyanın Rio Branko hava limanından qalxan kiçik təyyarə Akko ştatında Amazon meşələrinə düşüb.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, qəzada təyyarədə olan 12 nəfər həlak olub. Ölənlər arasında bir körpənin olduğu paylaşılıb.

Təyyarənin bağlı olduğu şirkətdən verilən açıqlamada qəzadan çox kədərləndikləri və təyyarənin yerə çırpılmasından dərhal sonra alovlandığı bildirilib.

Qeyd edilib ki, qəza Braziliyanın qərb hissəsində təyyarənin Amazon meşəsinə çırpılması nəticəsində baş verib.

Açıqlamada hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürmə briqadasının göndərildiyi bildirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal