Təyyarə magistral yolda qəzaya uğradıbackend

Təyyarə magistral yolda qəzaya uğradı: Çox sayda ölü və yaralı var.

ABŞ-ın Tennessi ştatında kiçik tək mühərrikli təyyarə magistral yolun kənarına düşüb və alovlanıb. Təyyarədə olan 5 nəfər həlak olub. ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində kiçik tək mühərrikli təyyarə İ-40 magistralının kənarına düşüb. Təyyarə alov topuna çevrildiyi üçün əraziyə polis, təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib. Metro Nashville Polis İdarəsindən verilən açıqlamada təyyarədə olan 5 nəfərin öldüyü açıqlanıb. Polis Departamentinin sözçüsü Don Aaron bazar ertəsi saat 19:40 radələrində mühərrik və elektrik nasazlığı barədə məlumat verdikdən sonra təyyarəyə John C. Tune hava limanında təcili eniş icazəsi verilib.

O, bildirib ki, pilot eniş icazəsi aldıqdan sonra dispetçerə uçuş zolağına çata bilməyəcəklərini deyib. Təyyarənin uçuş nöqtəsi hələ məlum deyil.

Mənbə: TGRT

Aynur Camal