Təyyarə qalxarkən çaxnaşma: Təkər qırıldıbackend

Boeing 777 tipli təyyarənin təkəri havaya qalxdıqdan az sonra qoparaq dayanacağa çırpılıb. Təkərin qopduğu və ağır zərər görən avtomobil ələ keçirildi. ABŞ-da United Airlines şirkətinə məxsus Boeing 777 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Yaponiyanın Osaka şəhərinə getmək üçün San-Fransiskodan havaya qalxan təyyarədə təkər qopub.

Təyyarənin əsas eniş şassisinin sol tərəfindəki təkər havaya qalxdıqdan bir neçə saniyə sonra qoparaq panikaya səbəb olub. Təkər San-Fransisko Beynəlxalq Hava Limanının şəxsi heyətinin dayanacağına düşüb, maşının arxa şüşəsini sındırıb, daha sonra yuvarlanaraq hava limanının yanındakı sahədə dayanıb.

Aeroport rəsmiləri hadisə nəticəsində xəsarət alan olmadığını açıqlayıb.

Digər tərəfdən, 235 sərnişin və 14 nəfərlik ekipajı olan təyyarə Los Anceles Beynəlxalq Hava Limanında təhlükəsiz təcili eniş edib və yedəklə anqara aparılıb.

United Airlines sərnişinlərin başqa təyyarəyə yönləndirildiyini bildirib.

Təkəri qopan təyyarənin 2002-ci ildə istehsal edildiyini açıqlayan United Airlines, “Boeing 777″lərin əskik və ya zədələnmiş təkərləri ilə təhlükəsiz eniş üçün nəzərdə tutulduğunu bildirib.

Aviasiya mütəxəssisləri deyirlər ki, təyyarə təkərləri nadir hallarda qırılır və daha böyük təhlükəsizlik probleminin göstəricisi deyil.

Mənbə: EnSonHaber

Aynur Camal