İnanılmaz görüntü!
Çilinin Talka şəhərində baş verən təyyarə qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə alov içində təyyarənin magistral yola çırpıldığı görünür.
Hadisədən qısa müddət sonra əraziyə gələn təcili yardım qrupları nəqliyyatın hərəkətini tamamilə bağlayıb. Həyatını itirən pilotun 58 yaşında olduğu və adının Fernando Solans Robles olduğu öyrənilib. Konsepsyondan 190 km şimal-şərqdə Talcada baş verən qəzanın səbəbi hələlik məlum deyil. Səlahiyyətlilər qəza ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Maule əyalətinin qubernatoru Kristina Bravo qəzadan kədərləndiyini bildirib və həlak olan pilotun ailəsinə başsağlığı verib.
Mənbə: hurriyyət.tr
Aynur Camal