Təyyarədə qüsur səbəbindən çatdırılmalar dayandırıldıbackend

ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkəti 787 Dreamliner təyyarəsində tədarükləri gecikdirəcək yeni qüsur aşkar edildiyini bildirib.

“Yeni Gundem” xəbər verir ki, açıqlamada şirkətin inventarında olan 787-lərin üfüqi stabilizatorla uyğun olmayan vəziyyətə görə yoxlanıldığı bildirilib.

Açıqlamada bu vəziyyətin təcili uçuş təhlükəsizliyi məsələsi olmadığı və xidmətdə olan təyyarənin fəaliyyətini davam etdirə biləcəyi bildirilib.

Şirkətin açıqlamasında, yoxlamaların və lazımı işlərin yaxın müddətli tədarüklərin vaxtına təsir edəcəyi qeyd edilib. Lakin məsələnin bütün il üçün çatdırılma gözləntilərini dəyişdirməsi gözlənilmir.

Boeing, bəzi 787-lərin gövdə komponenti ilə bağlı problem səbəbindən bu ilin əvvəlində bir neçə həftə ərzindəki təyyarələrin çatdırılmaları dayandırılıb.

Mənbə: TrtHaber

Aynur Camal