Təyyarənin gövdəsinin bir hissəsi ABŞ-da tapıldıbackend

ABŞ-da Alyaska Hava Yollarına məxsus “Boeing 737 MAX 9” tipli sərnişin təyyarəsi havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən yanvarın 5-i axşam saatlarında məcburi eniş edib.

Uçuşdan 35 dəqiqə sonra məcburi enişlə nəticələnən təyyarədən bir parça qopdu. Parça evin həyətində tapılıb. ABŞ Boeing 737 MAX 9 sərnişin təyyarəsi ilə bağlı qorxulu anlardan danışır.

Təyyarənin gövdəsinin bir parçası havaya qalxdıqdan az sonra qopub. Sərnişinlər böyük təşviş içində olarkən, təyyarə təcili eniş edib.

 Təyyarədən qopan parça Portlenddə bir evin həyətində tapılıb.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının sədri Jennifer Homendy, sözügedən parçanın Portlenddəki evin həyətindən gəldiyini açıqladı.

Evin sahibinin müəllim olduğunu bildirən Homendy, “Bob” adlı şəxsin parçanı tapan kimi onlarla əlaqə saxladığını bildirib.

Federal səlahiyyətlilər cümə günü baş verən hadisədən bəri təyyarənin gövdəsindən qopmuş parçanı axtarırlar.

 Oreqondan Kaliforniyaya uçan təyyarə havaya qalxdıqdan təxminən 35 dəqiqə sonra təcili eniş etməli olduğu halda, bədən hissəsinin qopduğu hissədə sərnişinlərin olmadığı bildirilib.

Alaska Hava Yolları tərəfindən edilən yazılı açıqlamada, təyyarənin 171 sərnişin və 6 kabinə işçisi ilə təhlükəsiz eniş etdiyi açıqlanıb.

Açıqlamada 65 ədəd “737 MAX 9” tipli təyyarənin müvəqqəti olaraq yoxlanılmaq üçün istifadədən çıxarılacağı, yoxlamaların bir neçə gün davam edəcəyi təxmin edildiyi bildirilib.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisədən sonra ABŞ Federal Aviasiya İdarəsi (FAA) bəzi “Boeing 737 MAX 9” tipli təyyarələrin uçuşlarının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Mənbə: EnSonHaber

Aynur Camal