Təzyiq ölçərkən nəyi səhv edirik?backend

Həkim təzyiqi ölçərkən yol verilən əsas səhvlərdən danışıb.

Rusiyalı tibb elmləri namizədi, ümumi praktiki həkim Aleksey Xuxrev Sputnik radiosuna müsahibəsində: “Ürək-damar xəstəlikləri olan insanlar təyin etdikləri dərmanları vaxtında qəbul etmək üçün çox vaxt evdə qan təzyiqinə nəzarət etməli olurlar. Təzyiq eyni vaxtda, sakit vəziyyətdə, bir qolda ölçülməlidir”, – deyə məsləhət verib.

 Həkim hesab edir ki, qısa müddət ərzində eyni qoldakı təzyiqi təkrar-təkrar ölçmək insanların bu proseduru həyata keçirərkən buraxdıqları əsas səhvdir.

“Bəzi insanlar əmindirlər ki, bir qolda təzyiq üç dəfə ölçülməlidir və arifmetik ortalama alınmalıdır. Bu cəfəngiyatdır. Təzyiq ölçərkən qolun damarları daralır. Nəticədə, bütün sonrakı ölçmələr faktiki olduğundan daha yüksək təzyiq göstərəcək”, – Xuxrev xəbərdarlıq edib.

Onun sözlərinə görə, eyni qolda növbəti təzyiqin ölçülməsi dəqiq nəticə vermək üçün ən azı yarım saat keçməlidir. Tonometrin göstəricilərinə şübhə edirsinizsə və dərhal yoxlamaq istəyirsinizsə, başqa bir yol var, həkim davam etdi.

“İkinci dəfə cəhd edə bilərsiniz, amma digər tərəfdən. Üstəlik, iki əllə ölçərkən daha yüksək təzyiq düzgün hesab edilməlidir”, – Aleksey Xuxrev Sputnik radiosuna müsahibəsində aydınlıq gətirib.

Mənbə: mail.ru

Aynur Camal