Əvvəllər Həmas tərəfindən müalicə olunan və bu gün azadlığa çıxan israilli məhbus 21 yaşlı Mia Şemin anası Keren Şem qızının azadlığa çıxması xəbərini alanda göz yaşlarını saxlaya bilməyib.
Qəzza zolağında humanitar fasilənin 7-ci günündə əsir mübadiləsi davam edir.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 16-da baş verən qarşıdurmaların ilk günündə əsir düşən və yaralanan Mia Şemə edilən tibbi müdaxilə anlarını paylaşıb. Şem açıqlamasında “Qəzzədəyəm və Əl-Qəssam Briqadaları məni müalicə etdi və 3 saat davam edən əməliyyat etdi. Baxırlar, dərman verirlər, hər şey qaydasındadır” deyib.
Mənbə: hurriyyət.tr
Aynur Camal