Çində istehsal edilən “TikTok” sosial şəbəkəsindən istifadə Böyük Britaniya parlamentinin binasına girişi qadağan ediləcək.
“Yeni Gundem” Trend-ə istinadən xəbər verir ki, bu barədə Britaniya parlamentinin nümayəndəsi bildirib.
Bildirilib ki, təhlükəsizlik səbəbi ilə proqram bütün parlament cihazlarında da bloklanacaq.
“Hökumətin “TikTok”u hökumət cihazlarında qadağan etmək qərarı fonunda, İcmalar Palatası və Lordlar Palatasının komissiyaları “TikTok”un bütün parlament cihazlarında və parlament şəbəkəsində bloklanacağına qərar verdilər. Kibertəhlükəsizlik parlament üçün əsas prioritetdir”, – deyə o qeyd edib.