Nepal da Çin sosial media platforması TikTok-u qadağan edən ölkələrə qoşulub.
“Yeni Gundem” xəbər verir ki, Nepal hökuməti məşhur sosial media tətbiqi TikTok-un ölkədəki ictimai quruluşu pozduğunu əsas gətirərək qadağan etmək qərarına gəlib.
Rabitə və İnformasiya Texnologiyaları Naziri Rekha Sharma, platformanın etiraz doğuran məzmun yaydığını söylədi və qadağanın dərhal qüvvəyə minəcəyini və səlahiyyətlilərə qərarı həyata keçirmək üçün göstəriş verildiyini bildirib.
Xarici işlər naziri Narayan Prakash Saud, Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, hökumətin sosial media platformaları olan şirkətlərdən Nepalda qeydiyyatdan keçmələrini və əlaqə ofisi açmasını, vergi ödəmələrini və ölkənin qanun və qaydalarına əməl etmələrini xahiş etdiyini bildirib.
Bəzi ölkələr TikTok-un istifadəçi məlumatlarını dünya üzrə Çin hökuməti ilə paylaşa biləcəyi ilə bağlı narahatlıqlara görə bu il tətbiqi qadağan edib.
Kanada fevral ayında, Belçika, Norveç, İngiltərə və Yeni Zelandiya mart ayında isə TikTok-un dövlət telefonlarında və elektron cihazlarda istifadəsini qadağan etmişdi.
İsveç Müdafiə Nazirliyi həmçinin təhlükəsizlik baxımından şəxsi heyətin iş telefonlarında TikTok tətbiqindən istifadəsinin qadağan edildiyini açıqlayıb.
Həmçinin Aprel ayında Avstraliya TikTok tətbiqinin federal hökumətə məxsus cihazlarda istifadəsini qadağan etmişdi.
May ayında isə ABŞ-ın Montana ştatı TikTok tətbiqindən istifadəni qadağan edərək ölkədə TikTok-u qadağan edən ilk ştat oldu.
Mənbə: hurriyyət.tr
Aynur Camal