Tolerantliq məskəni olan doğma Bakımız bu dəfə sakinlərinə möhtəşəm portugal abu havasını yaşatdı
21 Noyabr Şur restoranında diplomatik nümayəndəliklər, iş adamları və mediya nümayəndələrinin iştirakı ilə keçirilən bu gecədə portuqal musiqi və rəqs janrı olan “fadu” dinlənildi və qonaqlara müxtəlif portugal şərabları təqdim edildi. Portugal əsilli ifaçı Mariya Ana Bobenin ifası və performansı isə gecəni daha da yaddaqalan etdi.
Bəs gorəsən fadu nədir?
Fadu – latın sözüdür (fatum), “tale, qismət” deməkdir. Janr özündə melanxolik hisslər, kədər və tənhalığı əks etdirir. Mərkəzi – Lissabon və Koimbradır. Janrın kraliçası isə Amaliya Rodriqeşdir. Onu da qeyd edək ki, bu musiqi janrını dinləyərkən Afrika və eləcə də, qədim Yunanıstan-Roma ənənələrini də hiss etmək olur.
Nərmin Şamilbəyli