“Törətdiyi əməllərə görə ölkədən qaçıb Avropada yaşayanlar hamısı İlham Əliyevdən üzr istəyəcəklər”backend

“Mən əminəm ki, törətdiyi əməllərə və səhvlərə görə ölkədən qaçıb Avropada yaşayanlar hamısı gəlib Prezident İlham Əliyevdən üzr istəyəcəklər, kömək diləyəcəklər”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, tövbə qapıları hər zaman açıqdır: “Onlar gəlib tövbə edə bilərlər. Bu insanlar uzun illər ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı siyasətə əks mövqe sərgiləyiblər, bu siyasətə qarşı ziddiyyətli addımlar atıblar”.