Torpaq sürüşməsi nəticəsində azı 20 nəfər öldübackend

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Cənubi-Kivu əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 20 nəfər həyatını itirib.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, Kalinqi kəndinə son 3 gündə yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.

Təxminən 170 evin dağıldığı sürüşmə və daşqınlarda indiyədək ən azı 20 nəfər həyatını itirib.

2023-cü ilin may ayında güclü yağışlar nəticəsində eyni bölgədə baş verən seldə 425 nəfər həyatını itirib.

Tropik iqlim zonasında yerləşən DRC yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir.

Mənbə: TrtHaber

Aynur Camal