Torpaq sürüşməsi nəticəsində çox sayda insan həlak oldubackend

Filippinin Davao de Oro bölgəsində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi baş verib.

Mülki Müdafiə İdarəsinin regional direktoru Ednar Dayangirang bildirib ki, uşaqlar da daxil olmaqla ən azı 7 nəfər həyatını itirib, 2 nəfər ağır yaralanıb, 5-10 nəfər isə itkin düşüb.

Dayangirang bildirib ki, günlərlə davam edən leysan yağışlar və torpaq sürüşmələri nəticəsində bir çox kənd su altında qalıb.

Monkayo ​​qəsəbəsində sürüşmə nəticəsində bir evin dağıldığı da qeyd edilib.

Mənbə: İLKHA

Aynur Camal