Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı daha da ağırlaşdıbackend

Filippinin cənubundakı Davao de Oro əyalətində mədən sahəsi yaxınlığında ötən həftə baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 68-ə yüksəlib.

Filippində baş verən sürüşmə nəticəsində ölənlərin sayı artır. Ölkənin cənubundakı Davao de Oro əyalətinin Mako şəhərində qızıl mədəninin yaxınlığında baş verən təbii fəlakətdə həyatını itirənlərin sayı 68-ə yüksəlib. İtkin kimi qeydə alınan 51 nəfərdən hələ də xəbər olmadığı bildirilsə də, Maco şəhərinin fəlakət rəsmisi Ariel Kapoy səlahiyyətlilərin sabahdan etibarən axtarış-xilasetmə işlərinə son qoyacağını bildirib.

ABŞ-ın Maniladakı səfirliyindən verilən açıqlamada, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə cənub adalarındakı fəlakətlərdən zərər çəkmiş icmalara 1,25 milyon dollarlıq humanitar yardımın edildiyi açıqlanıb. ABŞ Müdafiə Nazirliyinin ərzaq yardımının çatdırılmasına kömək etmək üçün C-130 yük təyyarəsi verdiyi öyrənilib. Ötən çərşənbə axşamı yerli vaxtla saat 19.30 radələrində baş verən sürüşmədə bölgədə fəaliyyət göstərən mədən şirkətinin əməkdaşlarının xidmət gözlədikləri ərazidə yerin altında basdırıldığı açıqlanıb. Ən azı 3 avtobus və bəzi tikililərin palçıq və torpağa basdırıldığı da bildirilib.

Mənəb: hurriyyət.tr

Aynur Camal