“Torpaqlarımız Ermənistanın işğalı altında olanda həmin ərazilərdə vəziyyət nə yerdə idi, indi nə yerdədir?” – Deputatbackend

Bildiyimiz kimi, cənab prezident davamlı olaraq bölgələrə səfər edir. Ölkəmizdə regionların hərtərəfli inkişafını şərtləndirən səbəblərdən biri ondan ibarətdir ki, ölkə başçısı həyata keçirilən layihələrə, görülən işlərə birbaşa nəzarət həyata keçirir.

Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu açıqlayıb.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfəri, orada görülən işlərlə tanışlıq Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafını şərtləndirir.

“Cənab Prezidentin xüsusi olaraq işğaldan azad olunan ərazilərə səfəri, orada görülən işlərlə tanışlıq Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafını şərtləndirir. Çox qısa zaman kəsiyində işğaldan azad olunan ərazilərdə böyük infrastruktur quruculuğu həyata keçirilir. Yaşayış məskənləri salınır. Müasir yaşayış şəraitlərinə uyğun həyata keçirilən layihələr bir daha nümayiş nümayiş etdirdi ki, Azərbaycan öz hesabına, iradəsi əsasında işğaldan azad olunan ərazilərdə yeni mənzərə formalaşdırır”.

E.Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan Respublikasının 2022-2026-cı illər sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq işğaldan azad olunan ərazilərdə sürətli tikinti-quruculuq işləri həyata keçirilir.

“Bu münasibətlə 2023-cü ilin dövlət büdcəsindən 3 milyon manatdan artıq vəsait Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunlarının bərpasına ayrılıb. Bu baxımdan ölkə başçısının işğaldan azad olunan ərazilərimizə səfəri orada görülən işlərə aydın təsəvvürlərin yaradılması, həm də görülən işlərin keyfiyyətinə nəzarət baxımından əhəmiyyətlidir. Bu səfərlər dünya mediasının diqqət mərkəzindədir. Bununla da dünyada oturuşmuş təsəvvürlər yaranır. Azərbaycan torpaqları Ermənistanın işğalı altında olan dövrlərdə həmin ərazilərdə vəziyyət nə yerdə idi, indi nə yerdədir?. Cənab Prezidentin qeyd etdiyi kimi, biz Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Hesab edirəm ki, dövlət başçısının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunlarına səfəri işğaldan azad olunan ərazilərimizin sürətli bərpasına dəlalət edir”,- deyə o qeyd edib.

Fərahim Rəhimov