Tovuz rayonunda piyadanı maşın vurubbackend

Tovuz. 18 dekabr. YENIGUNDEM.AZ/ Tovuz rayonunun Düz Qırıqlı kəndində piyadanın vurulnası ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Yenigundem”in məlumatına görə, həmin kəndin 1960-ci il təvəllüdlü sakini Əhliman Aslan oğlu Səmədov yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcədə xəsarətlər alan piyada Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

REPORT.AZ