Tovuzda kişini qətlə yetirib su kanalına atdılar – Fotolarbackend

Tovuz rayonunda arxa atılmış kişi meyiti tapılıb.

“Yeni Gündəm”in “Report”a istinadən məlumatına görə, su arxında tapılan meyit rayon sakini, 1991-ci il təvəllüdlü Elnur Valeh oğlu Mehdiyevə məxsusdur.

Onun bədənində 2 bıçaq yarası aşkarlandığından qətlə yetirilməsi müəyyənləşib.

Qeyd edək ki, E.Mehdiyev əvvəllər bir neçə dəfə həbs olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.