Hindistanda toyda keçəl çıxan bəyə gəlinin ailəsi dəhşət yaşadıb.
“Yeni Gundem” Lent.az-a istinadən xəbər verir ki, Bihar əyalətinin Qaya rayonunda toy mərasimi zamanı keçəl olduğu ortaya çıxan bəyi gəlinin ailəsi döyüb.
Gəlinin ailəsi bəyin keçəl olmasından şübhələndikdə, gəncin saçını dartmağa başlayıblar. O, üzr istəsə də, əllərini qatlayıb ailə üzvlərinə yalvarsa da, gəlinin ailəsi gəncə rəhm etməyib, onu döyməyə davam edib.