İtaliyanın Pistoia şəhərində keçirilən toy zamanı torpağın çökməsi nəticəsində 35 nəfərin xəsarət aldığı bildirilib. İtaliya mətbuatında çıxan xəbərdə ölkənin şimalındakı Pistoia şəhərində tədbir məkanı olaraq istifadə edilən köhnə bir monastırın döşəməsinin dünən gecə təşkil edilən toy zamanı çökdüyü bildirilib.
Hadisənin qonaqların rəqs edərkən baş verdiyi və insanların təxminən 4 metr hündürlükdən yıxıldığı bildirilib.
Bildirilib ki, çökmə nəticəsində dəmir-beton binanın içərisində 3 metr diametrdə boşluq yaranıb.
Hadisə zamanı 35 nəfər yaralanıb, xəstəxanaya çatdırılan yaralılar arasında yeni evlənən cütlüyün də olduğu bildirilib.
Prokurorluğun araşdırmaya başladığı bildirilib.
Pistoia Bələdiyyə Başçısı Alessandro Tomasi dünən gecə məkan sahiblərinin hadisə yerinə gələrək təhlükəsizlik qüvvələrinə məlumat verdiyini və heç kimin həyatının təhlükədə olmadığından rahatlaşdıqlarını bildirib.
Mənbə: Ntv.Tr
Aynur Camal