Əfqanıstanda kütləvi toy gəlinsiz keçirilib. 50 aztəminatlı cütlük üçün kütləvi toy mərasimi təşkil olunub. Xeyriyyə Təşkilatının keçirdiyi bu kütləvi toyda bəylər şadlıq sarayına tək daxil olublar. Ancaq mərasimdə çatışmayan bir şey var idi. Cehiz, tortlar, bütün hazırlıqlar tamamlanmışdı, amma görünəcək bir gəlin yox idi.
Gəlinlər mətbuata görünməmək üçün başqa yerdə gözlədiyi üçün bəylər gəlin çiçəklərini saxlayıblar. Nə musiqi çalınırdı, nə də rəqs. Çünki Taliban ölkədə musiqi və rəqsi qadağan edib.
Mərasimdə Əfqanıstanın Əxlaqın Təbliği və Korrupsiyanın Qarşısının Alınması Nazirliyinin rəsmisi çıxış edib. Quran oxunub. Cütlüklər bir-birlərini yalnız nahardan saatlar sonra görə biliblər. Əfqanıstanda kütləvi toy mərasimləri son vaxtlar populyarlıq qazanıb. Çünki iqtisadi çətinliklər ucbatından cütlüklər toy xərclərini qarşılaya bilmir.
Mənbə: TGRT Xəbərləri
Aynur Camal