“Toyota Motor” şirkəti bu gündən Yaponiyadakı bütün zavodlarını bağlayırbackend

“Toyota Motor” avtomobil şirkəti bu gün Yaponiyada işləməyə davam edən iki zavodunun da işini dayandıracaq.

Bu barədə konsernin özündən məlumat verilir.

Bildirilir ki, söhbət Fukuoka prefekturasındakı və Kiotodakı müəssisələrdən gedir.

Qeyd edək ki, avqustun 29-da Yaponiyada nasazlıq səbəbindən “Toyota Motor” avtomobil şirkətinin 14 zavodundan 12-nin işi dayandırılıb. İnsidentin dəqiq səbəbləri göstərilməyib. Şirkətdən bildirilir ki, problem araşdırılır, lakin onun kiberhücum nəticəsində baş verməsi ehtimalı azdır.

Avtomobil şirkətinin zavodlarının işinin bərpa olunacağı vaxt məlum deyil.

Oxu.az