ABŞ-ın Corciya ştatında 2020-ci il seçkilərinin nəticələrini öz xeyrinə dəyişməkdə təqsirləndirilən sabiq prezident Donald Tramp və daha 18 müttəhimin sentyabrın 6-da məhkəmə qarşısına çıxarılacağı açıqlanıb.
“Yeni Gundem”in əldə etdiyl məlumata əsasən, iş Fulton Rayon Məhkəməsinin hakimi Scott McAfee tərəfindən Gürcüstanda keçiriləcək.
Qeyd edək ki,məhkəmə prosesindən əvvəl Tramp ötən il avqustun 25-də həbsxanaya təslim olub və saxlanma prosesində onun cəza evi şəkilləri çəkilmişdi. Ölkə tarixində cinayət törədən ilk prezident olan Tramp 200 min dollar girov müqabilində mühakimə olunana qədər sərbəst buraxılıb.
Mənbə: TGRT
Aynur Camal