Ankarada Daxili İşlər Nazirliyi qarşısında törədilən bombalı hücumdan sonra Türkiyə Silahlı Qüvvələri (TSQ) PKK-ya heç bir möhlət vermir. Suriyanın şimalında terror təşkilatı PKK/YPG-yə aid hədəflərin vurulması iki gündür davam edir. Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, bu gün İraqın şimalında hava əməliyyatı həyata keçirib. Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir:
Milli Müdafiə Nazirliyi saat 19:00-da İraqın şimalında hava əməliyyatı keçirildiyini, məsul terrorçuların da olduğu düşünülən mağaralar, bunkerlər, sığınacaqlar və anbarlar olmaqla ümumilikdə 22 hədəfin məhv edildiyini açıqlayıb.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “İraqın şimalında həyata keçirilən hava əməliyyatında 22 hədəf məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib” bildirilib.