Hindistanın Uttarakhand əyalətində yol işləri zamanı tikilməkdə olan tunelin bir hissəsi uçub.
Yeni gələn xəbərə görə, qapalı qalan işçilərlə əlaqə qurmaq üçün 18 metr məsafə qalıb.
Qapalı qalan işçilərlə ilk əlaqə ayın 21-i saxlanılıb.
Səlahiyyətlilər ən azı 40 işçinin dağıntılar altında qaldığını, işçilərə oksigen və qidanın boru vasitəsilə çatdırıldığını açıqlamışdı.
Baş nazirin keçmiş müavini Bhaskar Khulbe qapalı qalan işçilərlə danışdığını və onların vəziyyətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Hindistanda tikilməkdə olan tunelin bir hissəsi noyabrın 12-də yol işləri zamanı uçub.
Dağıntılar altında olan işçilərin bəzilərinin səhhətində problemlər yarandığı bildirilib. Qazma maşınlarının zədələnməsi səbəbindən xilasetmə işləri 7-ci gün dayandırılıb.
Mənbə: Ahaber
Aynur Camal