Tur avtobusu və yük maşını toqquşdu: Çoxlu ölü və yaralı varbackend

Dəhşətli qəza! Meksikanın Sinaloa ştatında tur avtobusunun yük maşını ilə toqquşması nəticəsində onlarla insan ölüb, çoxlu sayda insan yaralanıb.

Meksika mətbuatında yer alan xəbərə görə, Qvadalaxara şəhərindən yola düşən turistləri daşıyan avtobus Elota qəsəbəsində magistral yolda əks istiqamətdən gələn yük maşını ilə baş-başa toqquşub.

Qəzada 19 nəfər hadisə yerində ölüb, bəziləri ağır olmaqla 22 nəfər yaralanıb.

Sinaloa Mülki Müdafiə Direktoru Roy Navarrete mətbuata verdiyi açıqlamada tur avtobusunun qarşı tərəfdən gələn yük maşını ilə toqquşduğunu bildirib.

Zərbənin təsirindən avtobusun alovlandığını qeyd edən Navarrete ölənlərin sayının arta biləcəyini bildirib.

Meksikanın Sinaloa əyalət prokurorluğu qəza ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: TGRT

Aynur Camal